-1 C
Baku
Sunday, December 15, 2024

AQTA 5 aptekdə nöqsanlar aşkarladı – Siyahı

27-28 aprel tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 8 ticarət müəssisəsi, o cümlədən 7 aptek və 6 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 7 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət obyektləri
1 “№1” market Qəbələ rayonu, H.Əliyev prospekti Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
Apteklər
2 “Dokta” MMC-yə məxsus aptek Ucar şəhəri, Oğuz küçəsi,

ev 46

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3 “Dokta” MMC-yə məxsus aptek Ucar şəhəri, Koroğlu küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

4 “Azər” aptek Ucar şəhəri, Azərbaycan küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

5 “Dəniz” aptek Xaçmaz şəhəri, N.Nərimanov küçəsi Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
6 “555” aptek Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 23 Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
İctimai iaşə müəssisələri
7 “Yasin” şadlıq sarayı Füzuli rayonu, Qarabağ kəndi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

8 “Nurcaz” restoranı Füzuli rayonu, Bala Bəhmənli kəndi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
9 Əhmədov Nurəli Ərşad oğluna məxsus yeməkxana Füzuli rayonu, Bala Bəhmənli kəndi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

Son xəbərlər
Digər xəbərlər