22 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 4 ticarət müəssisəsi, o cümlədən 3 aptek və 12 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 11 müəssisədə nöqsanlar müəyyən olunub.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 7, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 7, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
İctimai iaşə müəssisələri | |||
1 | “Ləziz Dad” kabab evi | Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 9C | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
2 | “Köz Dönər Tantuni” restoranı | Bakı şəhəri, Xətai rayonu, Əhmədli ştq, S.Ə.Şirvani küçəsi, ev 9 | Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 | “Çiy Köftəci Semih Usta” restoranı | Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 51 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
4 | “Abi Dönər” dönər evi | Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
5 | “Zəm-Zəm” restoranı | Şamaxı rayonu, M.Ə.Rəsulzadə küçəsi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
6 | “Şah” dönər evi | Şamaxı rayonu, C.Cabbarlı küçəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
7 | “Mandarin” restoranı | Lənkəran rayonu, Göyşaban kəndi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
8 | “Fərman” kafesi | Gəncə şəhəri, Ə.Seyfi küçəsi, ev 4, dalan 9 | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
9 | “3 Qazan” restoranı | Gəncə şəhəri, Ş.Bahəddin küçəsi, ev 22m | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
10 | “Eden” restoranı | Gəncə şəhəri, N.Nərimanov prospekti, ev 7, m.29 | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
Ticarət obyektləri | |||
11 | Şamaxı “Təzə Baza” mağazası | Şamaxı rayonu, N.Hikmət küçəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |