Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il 20 avqust tarixində ölkə üzrə 400 ictimai iaşə obyektində 683 monitorinq keçirilib.
Monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov 126 ünvanında yerləşən, fiziki şəxs Hacımuradov İlqar İsrafil oğluna məxsus kafe;
2. Bakı şəhəri, Səbail rayonu, Ə.Əliyev 11 ünvanında yerləşən, fiziki şəxs Şərifzadə Nadir İlqar oğluna məxsus kafe;
3. Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov 11 d ünvanında yerləşən, fiziki şəxs Həsənov Əliəşrəf Həmid oğluna məxsus “Zeytun Bağı” restoranı;
4. Bakı şəhəri, Nəsimi rayonu, 28 May, 13 m ünvanında yerləşən, fiziki şəxs Ələkbərov Həmid Abbas oğluna məxsus kafe;
5. Bakı şəhəri, Nərimanov rayonu, V.Çəmənzəminli 14 ünvanında yerləşən, fiziki şəxs Həmidli Həmid Zabil oğluna məxsus “Beer Majlis” kafesi;
6. Bakı şəhəri, Yasamal rayonu, Bağırova 2 A ünvanında yerləşən, fiziki şəxs Haciyev Aslan Namiq oğluna məxsus “Pizza Mizza” kafesi;
7. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən, hüquqi şəxs “İmpeks-Musa” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kafe;
8. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Buzovna-Mərdəkan yolunda yerləşən, fiziki şəxs Hüseynov Zəlimxan Kərim oğluna məxsus restoran;
9. Kürdəmir rayonu, Atakişili kəndində yerləşən, fiziki şəxs Tağıyev Elxan Möhübbət oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləribarədə ən sərt tədbirlər görüləcək.