27 C
Baku
Saturday, July 27, 2024

AQTA “Bravo”nun qida təhlükəsizliyi qeydiyyatını ləğv edib

2024-cü ilin yanvar ayı üzrə Qida təhlükəsizliyi qeydiyyatı ləğv edilən sahibkarlıq subyektlərinin sayı 125-dir.

Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

Qida təhlükəsizliyi qeydiyyatı ləğv edilən sahibkarlıq subyektlərindən biri də “Azərbaycan Supermarket” MMC-dir.

“Azərbaycan Supermarket” MMC-nin 12 may 2023-cü il tarixli 02-Q-00296 nömrəli qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib. Ləğv edilmə səbəbi açıqlanmayıb.

Bildirək ki, subyektin qeydiyyatının ləğvi üçün əsaslar aşağıdakılardır:

– subyekt tərəfindən ləğvedilmə barədə ərizə təqdim edildikdə;

– hüquqi şəxs olan subyekt (və ya onun nümayəndəliyi, filialı) ləğv edildikdə;

– fiziki şəxs olan subyektin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;

– məhkəmənin müvafiq qərarı olduqda;

– qeydiyyat üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə.

Bu məsələ ilə bağlı “Azərbaycan Supermarket” MMC Banker.az öz açıqlamasını vermişdir. Şirkətdən verilən məlumata görə,  BRAVO marketlər şəbəkəsinin Şuşada yerləşən filialı üçün keçərli olan ilk reyestr çıxarışı 2021-ci ildə Bakı Regional Bölməsindən alınıb və hal-hazırda qüvvədədir.  Bakı Regional bölməsindən alınan AQTA çıxarışı qüvvədə qaldığı üçün, 2023-cü ildə Qarabağ Regional Bölməsindən alınan ikinci reyster çıxarışı şirkətimizin müraciəti əsasında qüvvədən düşüb.

Son xəbərlər
Digər xəbərlər