12 C
Baku
Tuesday, November 5, 2024

AQTA bu kafe və restoranları cərimələdi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il fevralın 16-da ölkə üzrə 359 ictimai iaşə obyektində 634 monitorinq keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal rayonu, F. Ağayev küç., məh.559, m.26 ünvanında yerləşən, fiziki şəxs Nuriyev Fizuli Behbud oğluna məxsus kafe;

2. Bakı şəhəri, Binəqədi rayonu, M. Cəlal küç., ev 297, 299 ünvanında yerləşən, fiziki şəxs Bəkirov Sədrəddin Əsəd oğluna məxsus “Lyuks dönər manqalda” kafesi;

3. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəs., A. İldırım küç., ev 68, Şüvəlan Mall-da yerləşən, hüquqi şəxs “PJA” MMC-yə məxsus restoran;

4. Gəncə şəhəri, Ə. Məmmədov küç., ev 105 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Vüsal Yaşar oğluna məxsus “Bizz” kafesi;

5. Daşkəsən rayonu, Gəncə-Göygöl yolu, Bayan küçəsində yerləşən, fiziki şəxs Cəbrayılov Cavid İsa oğluna məxsus “Kəlbəcər” kafesi;

6. Göygöl şəhəri, Koroğlu küç., ev 80 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Sərxan Güloğlan oğluna məxsus “Məkan” restoranı;

7. Gəncə şəhəri, Ə. Cəmil küç., ev 181 ünvanında yerləşən, fiziki şəxs Kazımov Orxan Mübariz oğluna məxsus “Lefarn” restoranı;

8. Abşeron rayonu, Masazır kəndi, Qurtuluş-93 ünvanında yerləşən, fiziki şəxs Yakup Kazdala məxsus “Kaya” restoranı.

Son xəbərlər
Digər xəbərlər