28 C
Baku
Monday, June 9, 2025

AQTA-dan “Barilla” makaronları ilə bağlı açıqlama

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Barilla” makaronları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

AQTA-dan verilən məlumata görə, bəzi xəbər saytlarında “Barilla” əmtəə nişanlı “İntegrale Vollkorn Penne Rigate” tam buğda makaronu məhsulu partiyasında uyğunsuzluq aşkarlanması səbəbindən bir neçə ölkədə satışdan geri çağırılması ilə bağlı məlumatlar yer alıb.

Agentlik bildirir ki, xəbərdə qeyd olunan məhsul partiyası Azərbaycana idxal olunmayıb:

“Həmçinin bu əmtəə nişanına məxsus digər məhsul partiyalarının təhlükəsizlik və kefiyyət göstəriciləri ilə bağlı aparılan laborator müayinələrin nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, Azərbaycana gətirilən “Barilla” əmtəə nişanlı makaronlar istehlak üçün yararlıdır”.

Oxşar xəbərlər

Bu şəhər yeni sakinlərinə pulsuz mənzil verir

Əhalisini artırmağa çalışan Almaniyanın Ayzenhüttenştadt şəhəri yeni sakinlərə iki həftəlik pulsuz sınaq müddəti təklif edir. Bu barədə "New York Post" məlumat yayıb. Berlindən təxminən 95 km...

Azərbaycan I rübdə Gürcüstana birbaşa investisiyaları iki dəfəyədək artırıb

Bu ilin birinci rübündə Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 25 milyon ABŞ dolları təşkil edib. Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin materiallarında bildirilir. 2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan...

Rusiya bu tarixdən ölkəyə giriş qaydalarını sərtləşdirir

Rusiya iyunun 30-dan ölkəyə giriş qaydalarını sərtləşdirəcək. Rusiyaya giriş zamanı əcnəbilər barmaq izlərini verəcək və şəkil çəkdirməli olacaq. Məlumata görə, qanun layihəsi təkcə vizasız ölkələrdən olan...

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi baş tutub

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi baş tutub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İstanbulda əldə olunan razılaşmaya əsasən, 25 yaşına çatmamış...

Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə investisiya fondu yaratmaq istəyir

Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə əldə olunan razılaşmaları reallığa çevirmək üçün ciddi şəkildə çalışır. Bu məqsədlə birgə investisiya fondunun yaradılması və hər iki ölkənin...