29 mart tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 19 ticarət müəssisəsi və 7 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 18 müəssisədə nöqsanlar müəyyən olunub.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 2, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 10, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 14, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1, saxta alkoqollu içkilərin satışı ilə bağlı 1 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət müəssisələri | |||
1 | “Ailəm” market | Xətai rayonu, Cavanşir küçəsi, ev 34 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Saxta alkoqollu içkilərin satışı |
2 | “Ağdam” market | Xətai rayonu, R.Quliyev küçəsi, ev 7 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
3 | “Rahat” market | Abşeron rayonu, Novxanı kəndi | Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
4 | “Ramil” market | Qobustan rayonu,
Bakı-Qazax yolu, 91-ci km |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
5 | “Dost” market | Qobustan rayonu,
Bakı-Qazax yolu |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
6 | “Şamil” market | Qobustan rayonu,
Bakı-Qazax yolu, 93-cü km |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
7 | Hüseynova Ramilə Cavanşir qızına məxsus mağaza | Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
8 | Məmmədov Rəşad Oktay oğluna məxsus mağaza | Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
9 | “Kral” market | Ağcabədi rayonu, H.Əliyev prospekti | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
10 | “Arifoğlu” market | Ağcabədi rayonu, N.Nərimanov küçəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
11 | “Delfin” market | Ağcabədi rayonu, H.Əliyev prospekti | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
İctimai iaşə müəssisələri | |||
12 | “Frankie’s” restoranı | Səbail rayonu, Nizami küçəsi, ev 42 | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
13 | “Societe” restoranı | Səbail rayonu, Nizami küçəsi, ev 46 | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
14 | “Kristal” kafesi | Gəncə şəhəri, C.Cabbarlı küçəsi 13 | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
15 | “Fərman” kafesi | Gəncə şəhəri, H.Ə.Hüseynzadə küçəsi 1 | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
16 | “Zümrüd” restoranı | Gəncə şəhəri, A.Səhhət küçəsi 1A | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
17 | “Milli Süfrə” restoranı | Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsi | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
18 | “Eden” restoranı | Gəncə şəhəri, N.Nərimanov prospekti, döngə 7, ev 29 | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |