10 C
Baku
Wednesday, December 11, 2024

AQTA İrandan ölkəyə gətirilən duzun yararsız olduğunu aşkarladı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıqlayıb ki, İran İslam Respublikasından (İİR) idxal edilən duzun istehlak üçün yararsız olduğu aşkarlanıb. Bu barədə AQTA-dan Banker.az-a bildirilir.

İİR-dan Azərbaycan Respublikasına fiziki şəxs İsgəndərov Zabil Mirzə oğlu tərəfindən idxal olunan 49.8 ton duz məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

“Aparılan müayinələr nəticəsində duz məhsulunda yodun kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub”– deyə açıqlamada deyilir.

Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür

Son xəbərlər
Digər xəbərlər