17 C
Baku
Cümə, May 20, 2022

AQTA kafe və restoranları cərimələdi – Siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il fevralın 23-də ölkə üzrə 378 ictimai iaşə obyektində 675 monitorinq keçirib.

Baner.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Nizami küç., ev 96 ünvanında yerləşən, fiziki şəxs Mürvətov Tərlan Kamil oğluna məxsus restoran;

2. Bakı şəhəri, Nəsimi rayonu, Moskva pr., məh. 3007 ünvanında yerləşən, hüquqi şəxs “Yıldız Catering” MMC-yə məxsus kafe;

3. Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küç., ev 8, m.1 ünvanında yerləşən, fiziki şəxs Ağayeva Cəmilə Yaqub qızına məxsus kafe;

4. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 138a ünvanında yerləşən, fiziki şəxs Səfərov Fuad Roman oğluna məxsus restoran;

5. Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr., ev 182M ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Nazim Qədir oğluna məxsus kafe;

6. Lənkəran rayonu, Zərifə Əliyeva küçəsində yerləşən, fiziki şəxs Rəhimzadə Elnur Vüqar oğluna məxsus dönər evi;

7. Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən, fiziki şəxs Kazımov Sabir Məmmədəli oğluna məxsus kafe;

8. İsmayıllı rayonu, Ə. Ələkbərzadə küç., ev 296 ünvanında yerləşən, fiziki şəxs Muradov Nahid Azər oğluna məxsus restoran;

9. Zərdab rayonu, Zərdab-Ağcabədi şosesində yerləşən, fiziki şəxs Bəkirov Ruslan Sabiroviçə məxsus restoran.

Son xəbərlər
Oxşar xəbərlər