23 C
Baku
Tuesday, July 15, 2025

AQTA-nın 100-ə yaxın əməkdaşı işdən çıxarılıb

“İl yarım ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 100-ə yaxın əməkdaşı işdən çıxarılıb.

Bunu Agentliyin sədri Qorxmaz Təhməzli deyib.

Onun sözlərinə görə, həmin şəxslər AQTA fəaliyyətə başlaydığı gündən bu vaxta qədər işinin öhdəsindən gəlmədiyinə görə vəzifəsindən azad olunublar: “Neqativ hallarla bağlı Agentlik Baş Prokurorluğa müraciət edib. Üç əməkdaşımız isə qeyri-qanuni əməllərdə iştirak etdiyi və əməllərində cinayət tərkibi olduğu aşkarlanıb. Hazırda onlar öz cəzalarını çəkirlər. Bundan sonra da işində nöqsanlara yol verən şəxslər qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılacaqlar”.

©Report

Son xəbərlər
Digər xəbərlər