5 C
Baku
Sunday, February 25, 2024

AQTA “OBA”nın 04-Q-00355 nömrəli qida təhlükəsizliyi qeydiyyatını ləğv edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi və ya hüquqi adı ilə “Oba Retail Chain” MMC-nin 15 dekabr 2023-cü il tarixli 04-Q-00355 nömrəli qida təhlükəsizliyi qeydiyyatını ləğv edib.

Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

“OBA Retail Chain” MMC-nin qida təhlükəsizliyi qeydiyyatının ləğv edilmə səbəbi açıqlanmayıb.

Onu da bildirək ki, subyektin qeydiyyatının ləğvi üçün əsaslar aşağıdakılardır:

– subyekt tərəfindən ləğvedilmə barədə ərizə təqdim edildikdə;

– hüquqi şəxs olan subyekt (və ya onun nümayəndəliyi, filialı) ləğv edildikdə;

– fiziki şəxs olan subyektin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;

– məhkəmənin müvafiq qərarı olduqda;

– qeydiyyat üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə.

Son xəbərlər
Digər xəbərlər