28 mart tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 15 ticarət müəssisəsi və 14 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 19 müəssisədə nöqsanlar müəyyən olunub.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 9, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 11, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 6, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 2, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 3 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət müəssisələri | |||
1 | “Masazır” market | Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı 3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
2 | “Dəniz” market | Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı 3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
3 | “Bolluq” market | Xaçmaz rayonu, Xudat şəhəri | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
4 | “Adəm” market | İsmayıllı şəhəri, M.F.Axundov küçəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
5 | “Vüsal” market | Masallı rayonu, Şərəfə kəndi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
6 | İmanov İmran Nəzər oğluna məxsus mağaza | Masallı rayonu, Şərəfə kəndi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
7 | “Xəyal” market | Masallı rayonu, Bala Təklə kəndi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
8 | Qurbanov Məhəmməd Güləli oğluna məxsus market | Masallı şəhəri, H.Əliyev prospekti | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
9 | “Tahir” market | Qəbələ rayonu, H.Əliyev prospekti | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
İctimai iaşə müəssisələri | |||
10 | “Çətir” restoranı | Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
11 | “Qədir Xum” restoranı | Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
12 | Yusibov Səxavət Gəray oğluna məxsus çay evi | Bərdə rayonu, 866 saylı qəsəbə | Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
13 | Hüseynov Zabil Zakir oğluna məxsus çay evi | Bərdə rayonu, 866 saylı qəsəbə | Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
14 | Aslanov İsaxan Təbriz oğluna məxsus çay evi | Bərdə rayonu, 866 saylı qəsəbə | Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
15 | “Halal Dönər” dönər evi | Gəncə şəhəri, Təbriz küçəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
16 | “Dost Qapısı” restoranı | Gəncə şəhəri, Ü.Hacıbəyli və S.Şirazi küçələrinin kəsişməsi | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
17 | “Polad” kafesi | Gəncə şəhəri, P.Səmədov və H.Əliyev küçələrinin kəsişməsi | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
18 | “Kübar” restoranı | Gəncə şəhəri, Gülüstan qəsəbəsi | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
19 | “Elmir” şadlıq sarayı | Şəmkir rayonu, Keçili kəndi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |