13 C
Baku
Saturday, November 23, 2024

AQTA qida zəhərlənmələri ilə bağlı əhaliyə müraciət etdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəhərlənmələrindən qorunmaq üçün üçün nələrə diqqət etmək lazım olduğu ilə bağlı açıqlama yayıb. Banker.az AQTA-ya istinadən diqqət edilməli olan məqamları təqdim edir:
– İstifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etməmək;
– Pasterizə olunmamış süd və süd məhsullarından istifadə etmək;
– Qutusu zədələnmiş və ya qapağı boşalmış konservləri istehlak etməmək;
– Meyvə-tərəvəzi axar ilıq su ilə yaxşı yuduqdan sonra istehlak etmək;
– Ət, toyuq, balıq məhsullarını və südü uyğun müddətdə və temperaturda bişirmək;
– Yeməkləri günlük olaraq hazırlayıb, artıq qalanını isə bir dəfədən çox isitməmək;
– Yemək hazırlayıb bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək.
Son xəbərlər
Digər xəbərlər