Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2021-ci il noyabrın 18-dəölkə üzrə 410 ictimai iaşə obyektində 714 monitorinq keçirib.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
AQTA-dan bildirilir ki, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr. 84A ünvanında yerləşən, hüquqi şəxs “El-E” MMC-yə məxsus “Anatolıy” restoranı;
2. Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 14a ünvanında yerləşən, fiziki şəxs Əliyev Yaşar Vəli oğluna məxsus yeməkxana;
3. Bakı şəhəri, Yasamal rayonu, Cavid prospektində yerləşən, hüquqi şəxs “Reges Restaurants” MMC-yə məxsus kafe;
4. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küç., məhəllə 2528 ünvanında yerləşən, fiziki şəxs Osmanov Əhməd Səməd oğluna məxsus “Türkoğlu” kafesi.