-3 C
Baku
Sunday, December 15, 2024

AQTA restoranlardakı yoxlamaların nəticəsini açıqladı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu ilin 6 ayı ərzində ölkə ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələrində aparılan yoxlama və monitorinqlərin nəticəsi açıqlanıb.

Banker.az xəbər verir ki, AQTA-dan verilən məlumata görə, qeyd olunan dövrdə 346-sı planlı, 176-sı plandankənar olmaqla, 522 ictimai iaşə müəssisəsində yoxlama keçirilib.

Yoxlamalar zamanı 466 sahibkarlıq subyektində nöqsan aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı 466 sahibkarlıq subyekti barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. 85 müəssisədə malın (mal partiyasının) satışının dayandırılması və qadağan edilməsi, 166 müəssisədə işçi personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması barədə məhdudlaşdırıcı qərar verilib. Yoxlamalar zamanı 56 müəssisədə isə nöqsan aşkar olunmayıb.

Son xəbərlər
Digər xəbərlər