11 C
Baku
Monday, November 25, 2024

AQTA “Sonalı Göl” və “Qədim Qəbələ” restoranında nöqsanlar aşkarladı

13 aprel tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 6 ticarət müəssisəsi, o cümlədən 8 aptek və 8 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 10 müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət obyektləri
1 “Elxan” market Xəzər rayonu, Ə.Vahid küçəsi, ev 2 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

2 “Xəzər” market Xəzər rayonu, Binə ştq, Ə.İsazadə küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

3 “Tayqa Store” Binəqədi rayonu, A.Kunanbəyov küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
4 Bağıyev İqrar Qulam oğluna məxsus market Masallı şəhəri, H.Əliyev prospekti Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
Apteklər
5 “Baza” aptek Quba şəhəri, Fətəlixan küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
6 “Capsul” aptek Qəbələ şəhəri, H.Əliyev prospekti 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

İctimai iaşə müəssisələri
7 “Qədim Qəbələ” restoranı Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 33 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq

8 “Sonalı Göl” restoranı Xaçmaz rayonu,

Quba-Xaçmaz yolu

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq

9 “Dostluq” kafesi Qazax rayonu, N.Nərimanov qəsəbəsi Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
10 “Nur-Əsma” restoranı Qazax rayonu, N.Nərimanov qəsəbəsi Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
Son xəbərlər
Digər xəbərlər