Bakının Binəqədi rayonu, E.Babayev 30/24 ünvanında fəaliyyət göstərən, Əhmədova Kəmalə Hicran qızına məxsus “Craft Pub” ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Banker.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata əsasən, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, işçi heyətin geyinmə otağının təşkil edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkar olunub.
Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, nöqsanların aradan qaldırılmasına üçün icrası məcburi göstərişlər verilib və bu sahədə qanunvericiliyin tələbləri izah olunub.