10 C
Baku
Saturday, December 21, 2024

AQTİ-nın rüşvətə görə həbs edilən əməkdaşı azadlığa buraxıldı

“Yeni Klinika” Publik Hüquqi Şəxsin keçmiş direktoru Pərviz Abbasovla birlikdə həbs edilən Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov azadlığa buraxılıb.

Bu barədə Sabunçu rayon Məhkəməsi qərar qəbul edib. Əvəz Hüseynov vaxtından əvvəl cəzadan şərti olaraq azad edib.

Qeyd edək ki, “Yeni Klinika”nın direktoru Pərviz Hüseynov, “Buta” Klinikasında həkim-radioloq işləmiş Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov, işsiz olan Samir Mirzəyev və “Viola” MMC-nin meneceri Vüsalə Əliyeva 2021-ci ilin aprel ayında Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunublar.

Onlar əlbir olaraq koronavirusa yoluxmuş xəstələrin klinikada müalicə alması müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasov 8 il 6 ay, Qalib Nəcəfov, Əvəz Hüseynov, Samir Mirzəyev 8 il azadlıqdan məhrum edilib. “Viola” MMC-nin meneceri Vüsalə Əliyevaya isə iki il sınaq müddəti seçilməklə şərti cəza təyin olunub.

Sonradan Bakı Apellyasiya Məhkəməsi Pərviz Abbasovun cəzasını 5 il 6 aya, Qalib Nəcəfov, Əvəz Hüseynov, Samir Mirzəyevin cəzasını 5 ilə endirib.

Ali Məhkəmə isə məhkum şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsini tətbiq edib. Qərara əsasən, Pərviz Abbasovun cəzası 3 ilə, Qalib Nəcəfov, Əvəz Hüseynov, Samir Mirzəyevin cəzası isə 2 il 6 aya endirilib. Bu il may ayında Pərviz Abbasov da vaxtından əvvəl azadlığa buraxılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər