“Aramco” neft satışını 50% artırmaq niyyətindədir

Səudiyyə Ərəbistanın milli neft şirkəti “Saudi Aramco” 2020-ci ilə qədər neft satışını 50% artırmağı planlaşdırır.

Banker.az “Report”a istinadən xəbər verir ki, icraçı direktor İbrahim Ebu Ayneyn şirkətin gündəlik neft hasilatının 2020-ci ilə qədər 6 mln. barelə çatacağını bildirib.

O, həmçinin qeyd edib ki, “Saudi Aramco” Sinqapurda yerləşən ofisi vasitəsilə mayeləşdirilmiş təbii qazın (LNG) ticarət həcmini də artırmaq niyyətindədir.