“ARAN KREDİT İTTİFAQI” MMC-nin 2024-cü il üzrə xalis mənfəəti ötən illə müqayisədə 42% azalaraq 1 189 manat təşkil edib. 2023-cü ildə 1 465 manat xalis mənfəət əldə etmişdi.
Banker.az xəbər verir ki, bu barədə illik audit hesabatında qeyd edilir.
Faiz gəlirləri 4.9% artaraq 190 000 manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 15.8% azalaraq 63 956 manata düşüb.
Kredit İttifaqının aktivləri 2023-cü illə müqayisədə 63% artaraq 417 578 manata çatıb. Bu artım əsasən kredit portfelindəki 75% yüksəlişlə 219 110 manatdan 382,869 manata) bağlıdır. Xüsusi ehtiyat fondu da 4.1% azalaraq 54 663 manata düşüb.
Öhdəliklər 2.1 dəfə artaraq 86 298 manata çatıb. Kapital isə 54% artaraq 331 280 manat olub. Cari ilin xalis mənfəəti 27% artaraq 2 654 manat təşkil edib.
Xatırladaq ki, “ARAN KREDİT İTTİFAQI” MMC 2008-ci ildə 4015 manat nizamnamə kapitalı ilə Saatlı rayonunda təsis edilib. Kredit ittifaqının direktoru Cəlil Süleymanov Salman oğludur.
“ARAN KREDİT İTTİFAQI” MMC-nin həmtəsisçiləri:
Təsisçinin adı | Ümumi payda xüsusi çəkisi (%) |
Süleymanova Fəranə Hüseyn qızı | 9.09 |
Süleymanova Xədicə Şahin qızı | 9.09 |
Heydərova Mətanət Cəlil qızı | 9.09 |
Süleymanova Könül Ağalar qızı | 9.09 |
Süleymanova Şəfa Şahin qızı | 9.09 |
Süleymanov Şahin Salman oğlu | 9.09 |
Süleymanov Salman Cəlil oğlu | 9.09 |
Süleymanov Camal Süleyman oğlu | 9.09 |
Süleymanov Cəlil Salman oğlu | 9.09 |
Heydərov Elmir Rəşid oğlu | 9.09 |
Məmmədov Əkbər Əhliman oğlu | 9.09 |
YEKUN | 100% |