16 C
Baku
Saturday, November 2, 2024

Araşdırma: İran Yaxın Şərqin bir sıra ölkələrinə qarşı kibercasusluq həyata keçirir

İran hökuməti ilə əlaqələri olan hakerlər 2014-cü ildən etibarən Yaxın Şərqin bir sıra ölkələrinə qarşı kibercasusluq fəaliyyəti ilə məşğul olurlar. Bu barədə ABŞ-ın NBC telekanalı bu ölkənin kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış FireEye şirkətinə istinadən məlumat verir.

Şirkətin hesabatında bəyan edilir ki, APT34 haker qrupunun fəaliyyəti “ən azı 214-cü ildən etibarən əsasən Iran hökumətinin xeyrinə casusluğa yönəldilib”.

Sənəddə bildirilir ki, İsrail, Kuveyt, Livan, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və BƏƏ barəsində casusluq fəaliyyəti həyata keçirilir.

Hakerlərin fəaliyyəti dövlət müəssisələri, maliyyə, energetika, kimya sənayesi və telekommunikasiya daxil olmaqla, özəl sektora yönəldilib.

Son xəbərlər
Digər xəbərlər