17 C
Baku
Sunday, May 5, 2024

Araşdırma: Kasıblar ürək ağrılarına dözmür!

Kanadalı tədqiqatçılarının beynəlxalq qrupu ilk baxışdan ziddiyyətli təsir bağışlayan belə bir nəticəyə gəlmişlər: ürək-damar xəstəliklərinin maksimal olduğu yüksək gəlirli ölkələrdə bu xəstəlikdən vəfat etmə halları aşağıdır.Bu hal kasıb ölkələrdə əksinədir, burada ürək-damar xəstəliklərindən əziyyət çəkən az olsa da burada ölüm faktları daha yüksəkdir.

Araşdırmalar PURE (Prospective Urban Rural Epidemiology) beynəlxalq layihəsi çərçivəsində aparılmışdır. Alimlər 4 il ərzində 17 ölkədən şəhər və kəndlərdə yaşayan 155 min insanın sağlamlıq qabiliyyətini araşdırmışlar. Araşdırmanın nəticəsi onların özləri üçün də sürpriz oldu.

Aydın oldu ki, kasıb ölkələrdə əhali ürək-damar xəstəlikləri ilə daha az üzləşir. Orta gəlirə malik ölkələrin əhalisində isə bu risk faktoru orta səviyyədə, varlı ölkələrdə isə çox yüksəkdir. Lakin infarkt, insult və ölüm kimi ciddi nəticələr aşağı gəlirli ölkələrdə daha çox baş verir. Varlı ölkələrdə isə bu minimal həddədir. Bu ölkələrdə ürək-damar xəstəliklərindən ölüm halı kasıb ölkələrdəki göstəricilərdən 3 dəfə azlıq təşkil edir.

Tədqiqatın aparıcı müəlliflərindən biri olan Salim Yusuf qeyd etmişdir: “Ola bilsin ki, bu varlı ölkələrdə xəstəliyin daha tez aşkar olunması və yüksək keyfiyyətli tibbi xidmətlə izah olunur”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər