21 C
Baku
Friday, October 4, 2024

Araşdırma: Məlumat mərkəzi 7/24 çalışan banklar məlum oldu

Bankların məlumat mərkəzlərinin iş rejimi araşdırılıb.

Banker.az bu barədə “Business Insight” şirkətinin «Kölgə Müştəri» araşdırmasına istinadən xəbər verir.

Bildirək ki, araşdırmaya cəlb edilən banklar Accessbank, Azərbaycan Beynəlxalq Bankı, Azər Türk Bank, Bank of Baku, Bank Respublika, Expressbank, Kapital Bank, Rabitəbank, Xalq Bank və Yelo Bank-dır.

Araşdırma aparılan banklar arasında “Kapital Bank” və “Azər Türk Bank”ın məlumat mərkəzlərinin iş rejimi 7/24-dür. 7/24 çalışan MM- hər zaman yüksək qiymətləndirilir.

Onu da qeyd edək ki, “Yelo Bank”da MM-in iş rejimi I-VII günlər saat 09:00-18:00; “Bank of Baku”da I-V günlər saat 09:00-20:00, VI-VII günlər 09:00-18:00; “AccessBank”da I-V günlər saat 09:00-20:00, VI gün 09:00-18:00; “Azərbaycan Beynəlxalq Bank”ı, “Bank Respublika”, “Expressbank”, “Rabitəbank”, “Xalq Bank”da iş rejimi isə I-V günlər saat 09:00-18:00-dır.

Son xəbərlər
Digər xəbərlər