Araşdırma: Mobil proqramlar onlayn bankçılıqdan daha məşhur olmağa başlayıb

0

Keçirilmiş sorğunun nəticələrinə əsasən, İngiltərənin sakinləri, smartfonlar üçün nəzərdə tutulmuş proqramlardan onlayn bankçılıq proqramlarına nisbətən daha tez-tez istifadə edirlər.

Smart Money People tərəfindən aparılmış araşdırmaya görə, ölkə sakinlərinin 39,2%-i,  bank əməliyyatlarını proqramlar vasitəsilə həyata keçirir. 2017-ci ildə bu göstərici 30%  olmuşdur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Onlayn bankçılıq istifadəçilərinin sayı bir xeyli azalıb: bu rəqəm 2017-ci ildə 45% -dən 38,6% -ə qədər enmişdir. İlk dəfə olaraq mobil proqramlar istifadəçilərin sayına görə online xidmətləri ötüb keçə bilmişdir.

“Məlumdur ki, rəqəmsal kanallar daim daha da vacibləşir, amma belə bir hal ilk dəfədir ki baş verir. Bu o deməkdir ki,  hər bir maliyyə şirkəti, müştərilərə daha rahat interfeysli mobil proqramlar təqdim etməlidirlər”

— Mike Fotis, Smart Money People-ın təsisçisi

Bundan əlavə, sorğunun nəticələrinə görə, insanlar müxtəlif rəqəmsal kanallardan daha çox istifadə etməyə başlayıblar (həm mobil proqramlar, həm də onlayn xidmətlər). 2018-ci ildə bu rəqəm 78% -ə çatıb.

Eyni zamanda, bu sorğu, iştirakçılarının maraqları ilə yaşı arasında olan əlaqəni də nümayiş etmişdir: mobil proqramlar 18-24 yaşlı gənclər arasında daha çox yayılıb (53%). Qeyd edək ki, 2017-ci ildə bu göstəricilər daha yüksək olub.