11 C
Baku
Monday, November 25, 2024

Araşdırma şirkəti bu məzənnəni manat üçün sabit sayır

Sberbank Investment Research şirkətinin analitikləri Azərbaycanda cari 1,7AZN/1 USD mübadilə məzənnəsini sabit hesab edirlər.

Bu barədə Banker.az İnterfaks-a istinadən xəbər verir.

“Neftin hazırki qiyməti, Azərbaycanda ehtiyatların dinamikası və pul kütləsinin həcmini nəzərə alaraq, cari 1,7AZN/1 USD mübadilə məzənnəsini sabit hesab edirik”, – analitiklər qeyd edirlər.

Bununla belə, analitiklər 2017-ci ilə Mərkəzi Bank tərəfindən pul-kredit siyasətinin sərtləşdiyini vurğulayırlar.

Ötən il manatın dollara nisbətən məzənnəsi 1,73 AZN/1 USD təşkil edib, 2018-ci ilə proqnoz 1,7 AZN/1 USD olub.

“Bu yaxınlarda Bakıya səfərimiz ölkənin perspektivlərini daha nikbin qiymətləndirməyə imkan yaradır: neftin qiymətinin artımı ölkə iqtisadiyyatını dəstəkləyib, ÜDM yenidən artmağa başlayıb, mübadilə məzənnəsi sabitləşib və bank sektorunda kapital artımı tam sürətlə davam edir”, – Sberbank Investment Research qeyd edir.

Son xəbərlər
Digər xəbərlər