17 C
Baku
Sunday, May 5, 2024

Araşdırma: tənbəllik genetik keçir

Tənbəllik inanın genetik quruluşunun nəticəsi ola bilər, ABŞ-ın Missuri universitetinin alimləri belə bir qənaətə gəlmişdir. Bunu sübut etmək üçün, universitetin baytarlıq kollecinin professoru Frank Booth həddindən artıq fəallıq və həddindən artıq tənbəllik nümayiş etdirən siçanlar böyütmüşdür. 

Az hərəkəliliyə meyliliyin irsi olduğunu müəyyən etmək üçün, təhqiqatçılar siçanların qəfəsində yerləşdirilmiş çarxda könüllü qaçaraq hərəkət edən siçanlar ilə aktiv həyat tərzi sürməkdən imtina edənləri müşahidə etmiş, sonra onları fərqli qruplara yığmışlar. Tənbəl siçanlar bir-biri ilə cütləşdirilib, bu proses 10 nəsil ərzində davam edib, yəni hər dəfə tənbəl siçanların törəmələri bir-biri ilə cütləşdirilib. Nəticədə müəyyən olunmuşdir ki, 10-cu nəslə tənbəl çatanda siçanlar aktivlərlə müqayisədə 10 dəfə daha çox passiv olurlar.

Siçanların bədən quruluşunu, araşdırdıqdan sonra alimlər müəyyən etmişlər ki, hər iki qrupdan olan heyvanların törəmələri arasında genetik səviyyədə fərqlər mövcuddur: 17 min gen içərisində 36-sı fərqləndirilib, alimlər düşünür ki, məhz bu genlər hərəkətli həyat tərzinə meylli olub-olmamağı müəyyən edə bilər. İndi elmi qrup hər bir konkret genin insanın motivasiyasına və fiziki fəaliyyətinə göstərdiyi təsirin səviyyəsini araşdırmaqla məşğuldur.

Tənbəllik məsələsinin amerikanları belə maraqlandırmasının əsas səbəbi son günlərin əsas problemi olam kökəlmədir (piylənmə): alimlər müəyyən etmək istəyirlər ki, genetik meyllilik xəstəliyin əsas səbəblərindən biri ola bilərmi? Alimlər ümid edirlər ki, “tənbəllik” geninin aşkar olunması hələ uşaq yaşlarından insanın artıq çəki yığmağa meylli olub-olmadığını bilməyə imkan verəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər