“Arash Medical Company” QSC 2022-ci ili 3 milyon 864 min manat xalis mənfəətlə başa vurub.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
31 dekabr 2022-ci il tarixinə “Arash Medical Company” QSC-nin cəmi gəlirləri 35 milyon 150 min manat, cəmi xərcləri isə 30 milyon 319 min manat təşkil edib.
Hesabat dövründə şirkətin cəmi aktivləri 64 milyon 345 min manat, cəmi kapitalı 11 milyon 160 min manat, cəmi öhdəlikləri isə 53 milyon 184 min manat olub.
Xatırladaq ki, “Arash Medical Company” 1994-cü ildən fəaliyyətdədir. Hazırda şirkətin fəaliyyəti hər növ tibbi avadanlıqlar və ləvazimatların satışı, işçi heyətinin təlimi, tibbi avadanlıqların quraşdırılması, təmiri və sazlanmasından və səhiyyə obyektlərinin layihələndirilməsindən ibarətdir.