8 C
Baku
Wednesday, October 30, 2024

Arayikin Azərbaycanda vəkili o oldu

Qarabağda erməni separatçıların yaratdığı qondarma rejimin keçmiş “rəhbəri”, ötən gün həbs edilən Arayik Arutyunyanın hüquqlarını müdafiə edəcək vəkilin kimliyi məlum olub.

Bu, vəkil Alov Səfərəliyevdir. O, sosial şəbəkə səhifəsində bildirib ki, Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak edib.

Vəkilin sözlərinə görə, A.Arutyunyanın səhhəti və psixoloji durumu yerindədir: “Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq.

Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracağıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik”.

Qeyd edək ki, Arutyunyan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılaraq Bakıya gətirilib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər