8 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Araz Ağalarov biznesinin indiki vəziyyətini batan gəmi ilə müqayisə edib

“Crocus Group” un prezidenti Araz Ağalarov biznesinin indiki vəziyyətini batan gəmi ilə müqayisə edib: qrupun resursları işçilərə mart ayının maaşını verməyə imkan verir. Aprel ayında şirkətin belə bir imkanı olmayacaq.

Banker.az bu barədə “Rbc.ru”ya istinadən xəbər verir.

“Mən bu ofisdə kiçik bir gəminin kapitanı kimi oturub onun batdığını izləyirəm. Və heç nə edə bilmirəm, çünki buna heç bir şəkildə təsir göstərmək mümkün deyil”, – deyə Ağalarov bildirir.

Ağalarovun sözlərinə görə, “Crocus Group” da 15 min nəfər çalışır və qrupun demək olar ki, bütün obyektləri hal-hazırda bağlıdır.
“15 min nəfərlik gəmi kapitanın gözü qarşısında yavaş-yavaş batır”, – Ağalarov yekunlaşdırır.

Xatırladaq ki, Araz Ağalarovun sahib olduğu “Crocus Group” şirkəti ümumi sahəsi 1,5 milyon kvadrat kilometr olan kommersiya əmlakını idarə edir.

Son xəbərlər
Oxşar xəbərlər