2 C
Baku
Tuesday, March 5, 2024

“Araz Supermarket”ə ticarət qaydalarını pozduğuna görə 6 min manatlıq cərimə protokolu yazılıb

“Araz Supermarket” MMC-yə ticarət qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

Banker.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə irəli sürülüb.

İşə Bakı Şəhər Yasamal Rayon məhkəməsində Rauf Daşdəmirovun sədrliyi ilə baxılır.

İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə görə İstehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər