15 C
Baku
Friday, April 18, 2025

“Araz Supermarket”ə 3 yeni direktor təyin edilib

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz Supermarketlər” şəbəkəsinə yeni təyinatlar olub.

Banker.az xəbər verir ki, Anar Allahverdiyev “Araz Supermarket” MMC-də İdarə Heyəti üzvü, həmçinin Rəqəmsal transformasiya və informasiya texnologiyaları direktoru vəzifəsinə təyin olunub.

2020-ci ildə Veysəloğlu Şirkətlər Qrupunda iş fəaliyyətinə başlayan Anar Allahverdiyev SAP Texnologiyaları departament müdiri, 2023-cü ildən etibarən Rəqəmsal Transformasiya Direktorluğunda direktor müavini kimi fəaliyyət göstərib.

2005-2009-cu illərdə Azərbaycan Texniki Universitetinin İnformatika və hesablama texnikası fakültəsində təhsil alıb. O, 2008-2015-ci illər ərzində Dəmirbank SAP layihəsinin tətbiqində mütəxəssis, bölmə rəhbəri və SAP Texnologiyaları şöbə müdiri vəsifəsində çalışıb. 2016-2017-ci illər arasında Türkiyədə TAT Gida, Eczacıbaşı Yapı Ürünleri Grubu, HISAR CELIK və Çimsa şirkətlərində SAP layihələrinin tətbiqində, 2018-2019-cu illər arasında Yaponiyada Kirin International Holding və Amerikada Nortek Global HVAC şirkətlərində və son olaraq 2020-ci ildə Almaniyada DÖHLER – Natural Food & Beverage Ingredients şirkətlərində SAP məsləhətçi/komanda rəhbəri vəzifələrində çalışıb.

Fərxan Rəsulov “Araz” Supermarket MMC-də Maliyyə Direktorluğunda mühasibat uçotu departament müdiri vəzifəsinə təyin olunub. 

O, 2014-2015-ci illər ərzində “MZ Group”da mühasib vəzifəsi ilə iş fəaliyyətinə başlayıb. 2017-2019-cu illərdə “Araz” Supermarket MMC-də aparıcı mühasib, 2019-2020-ci illərdə böyük mühasib, 2020-2021-ci illərdə aktivlərə nəzarət bölmə müdiri vəzifələrində çalışıb. 2021-2023-cü illərdə “Araz” Supermarket MMC-də maliyyə nəzarəti və hesabatlılıq şöbə müdiri vəzifəsini icra edib. 2023-2024-cü illər aralığında Zeta Şirkətlər Qrupunda maliyyə direktoru, 2024-2025-ci illər aralığında bir çox yerli və xarici müəssisələrdə korporativ maliyyə məsləhətçisi vəzifələrində çalışıb.

2008-2012-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsi üzrə bakalavr təhsili, 2015-2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarə edilməsi fakültəsi üzrə magistr təhsili alıb.

Vüqar Quliyev isə Təzə məhsullar üzrə maliyyə və mühasibatlıq departament müdiri vəzifəsinə təyin olunub.

2014-cü ildə “Araz” Supermarket MMC-nin Mühasibatlıq şöbəsində kiçik mühasib, 2015-ci ildə mühasib, 2016-cı ildə aparıcı mühasib, 2017-ci ildə isə “Oba Market” MMC-də bölmə müdiri, 2018-ci ildə mühasibatlıq şöbə müdiri müavini, 2019-cu ildə mühasibatlıq şöbə müdiri, 2021-ci ildə “Meyvə-tərəvəz satınalma şirkəti” (ARAZ, OBA) üzrə maliyyə və mühasibatlıq şöbə müdiri təyin edilib.

2014-cü ildə Azərbaycan Koorperasiya Universitetinin “Kommersiya” fakültəsini, 2024-cü ildə isə İstanbul Universitetinin “Biznesin idarə edilməsi” (MBA) fakültəsinin magistraturasını bitirib.

 

 

Son xəbərlər
Digər xəbərlər