19 C
Baku
Sunday, April 28, 2024

“Araz Supermarket”ə yeni direktor təyin edildi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “ARAZ” supermarketlər şəbəkəsinə yeni logistika direktoru təyin edilib.

Banker.az-ın məlumatına görə, bu vəzifəyə Anar Adilzadə gətirilib.

Anar Adilzadə 2023-cü ilin dekabr ayından etibarən “Araz Supermarket” MMC-nin, Araz Logistika Direktoru və İdarə heyətinin üzvü kimi fəaliyyət göstərir.

Anar Adilzadə Azərbaycan Dillər Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr, Bakı Avrasiya Universitetində isə eyni ixtisas üzrə magistr təhsili alıb. A.Adilzadə Veysəloğlu Şirkətlər Qrupuna 2019-cu ildə qatılıb. “AVT Logistics” şirkətinin İcraçı direktoru, eyni zamanda İdarə Heyətinin sədri vəzifəsində çalışıb. O, müxtəlif illərdə “ENGIN LTD”, “YOM Logistics Azerbaijan” kimi şirkətlərdə fəaliyyət göstərib.

Daha sonra Veysəloğlu Şirkətlər Qrupunda müxtəlif şöbə və departamentlərin müdiri, İcraçı Direktorun müavini kimi vəzifələri icra edib.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər