9 C
Baku
Monday, November 18, 2024

“Araz Supermarket” karantin qaydalarını pozduğuna görə cərimələndi

Azərbaycanda böyük mağazalar şəbəkəsinə malik olan “Araz Supermarket” MMC barəsində karantin qaydalarına nəzarət etmədiyinə görə inzibati protokol yazılıb.

Banker.az xəbər verir ki, protokola Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılacaq.

Protokol İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinə əsasən tərtib edilib. Bu inzibati xətaya görə, hüquqi şəxslər 400 manat cərimə edilir.

Qeyd edək ki, 2011-ci ildə yaradılan “Araz Supermarket” Azərbaycanın ən böyük mağaza şəbəkələrindən biridir. Şirkətin nizamnamə kapitalı 7 055 020 manatdır və “Veysəloğlu Şirkətlər Qrupun”a daxildir.

Son xəbərlər
Digər xəbərlər