9 C
Baku
Monday, November 18, 2024

“Araz” supermarket “saxta” endirimlə bağlı müştərilərindən üzr istədi

“Araz” supermarketlər şəbəkəsi açıqlama verib.

Banker.az həmin açıqlamanı təqdim edir:

04.05.2022-ci il tarixində mətbuatda yayımlanan “Докторская традиционная” kolbasa məhsulu ilə bağlı vəziyyətin yaranması (endirimin real olmaması xəbəri) bizi çox təəssüfləndirdi. Mövzunu araşdırdıq və bəlli oldu ki, tədarükçü şirkət tərəfindən iyun ayında tətbiq olunacaq endirim kampaniyasına dair sənədlərdə “Останкино” əmtəə nişanı ilə istehsal olunan “Докторская традиционная” 500 qramlıq kolbasa məhsulunun adı tədarükçü şirkətin əməkdaşı tərəfindən səhvən siyahıya daxil edilib. Beləliklə, rəfdə yanlış endirimli qiymət göstərilib.

Diqqətsizlik səbəbindən baş vermiş hadisəyə görə tərəfimizdən tədarükçü şirkətə irad bildirildi və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün lazımı tədbirlərin görülməsi istənildi.

“Araz” supermarketlər şəbəkəsi olaraq yaşanan narahatlığa görə müştərilərimizdən üzr istəyir və onları mütəmadi tətbiq edilən endirim kampaniyalarımızdan yararlanmağa dəvət edirik.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər