28 C
Baku
Saturday, July 27, 2024

“Araz Supermarket” yenidən cərimələnir

“Veysəloğlu Şirkətlər Qrupu”nun mağazalar şəbəkəsi cərimələnir. Dövlət Gömrük Komitəsi “Araz Supermarket” MMC barəsində cərimə protokolu tərtib edərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərib.

Banker.az xəbər verir ki, şirkət barəsində 16 iyul 2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edilib.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər