11 C
Baku
Friday, April 18, 2025

“Araz Supermarket”də yeni təyinat

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz Supermarketlər” şəbəkəsinə yeni təyinat olub.

Banker.az xəbər verir ki, İlqar Soltanov 2024-ci ilin dekabrından etibarən “Araz” supermarketlər şəbəkəsində inventarizasiya və stoka nəzarət departamentinin müdiri təyin olunub.

2015-ci ildən “Araz” supermarketlər şəbəkəsində yoxlama qrup rəhbəri olaraq fəaliyyətə başlayıb, daha sonra Veysəloğlu Şirkətlər Qrupunda, “Araz” və “Oba” şirkətlərində yoxlama qrup rəhbəri, bölmə müdiri, inventarizasiya şöbə müdiri vəzifələrində çalışıb.

2006-cı ildən peşəkar fəaliyyətinə bank sektorunda xəzinədar olaraq başlayıb və müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildən “Azəri Retail” MMC-də audit mütəxəssisi və qrup rəhbəri vəzifəsini icra edib.

İlqar Soltanov 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisasını bitirib.

Son xəbərlər
Digər xəbərlər