Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz Supermarketlər” şəbəkəsinə yeni təyinat olub.
Banker.az xəbər verir ki, Xəqan Hümmətzadə 2024-cü ilin oktyabr ayında “Araz” supermarketlər şəbəkəsində Hüquq departament müdiri təyin olunub.
Xəqan Hümmətzadə 2009-2013-cü illərdə Bakı Dövlət Universiteti Hüquq Fakültəsinin Hüquqşunaslıq ixtisası üzrə bakalavr təhsili alıb. 2021-2023-cü illərdə ADA Universitetinin Dövlət İdarəetməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
2014-2024-cü illər aralığında “Azərbaycan Sahibkarlar Konfederasiyasında” Baş hüquqşünas, Hüquq və sosial tərəfdaşlıq şöbəsinin müdiri, Baş katibin müavini vəzifələrində çalışıb. 2018-ci ilin iyul ayından etibarən “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının” üzvü seçilib, vəkildir. 2022-ci ildən etibarən “Azərbaycan Sahibkarlar Konfederasiyası” ilə paralel olaraq “Cahan Holdinqə” hüquqi xidmət göstərmiş, 2024-cü ilin iyul ayından oktyabr ayına qədər “Cahan Holdinqdə” Hüquq departamentinin müdiri vəzifəsində çalışmışdır.