Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz Supermarketlər” şəbəkəsinə yeni təyinat olub.
Banker.az xəbər verir ki, Şahin İbadov 2025-ci ilin may ayında “Veytrade” Direktorluğunda Maliyyə departament müdiri vəzifəsinə təyin olunub.
2017-ci ildə “Araz” Supermarket MMC-də Uçot əməliyyatları üzrə mühasib kimi iş fəaliyyətinə başlayıb. 2019-cu ildə Əmək haqqı və xərclər üzrə aparıcı mühasib, 2020-2022-ci illərdə Xərclər üzrə bölmə müdiri, 2022-2024-cü illərdə Gəlir və Xərclər üzrə şöbə müdiri, 2024-2025-ci illərdə Mühasibat uçotu departament müdiri vəzifələrində çalışıb.
O, “Milli Mühasibat Uçotu Standartları”, “Financial Accounting”, “Financial Reporting” kimi sertifikatlar alaraq, sahə yönümlü müxtəlif təlim və layihələrdə iştirak edib.