11 C
Baku
Monday, April 28, 2025

“Araz Supermarket”də yeni təyinatlar

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz Supermarketlər” şəbəkəsinə yeni təyinatlar olub.

Banker.az xəbər verir ki, Kamal Abbasov “Araz Supermarket” MMC-nin Kommersiya Direktorluğunda tərəvəz satınalma departament müdiri, Pərviz Babaşov isə Meyvə satınalma departament müdiri təyin edilib.

Kamal Abbasov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə təhsil alıb.

Fəaliyyətinə 2009-cu ildə “Veysəloğlu” MMC-də satış təmsilçisi kimi başlayıb. 2011-2015-ci illərdə ticari marketinq bölmə müdiri, 2015-2016-cı illərdə “Veysəloğlu” MMC-də şirniyyat çəki kateqoriya müdiri vəzifələrində çalışıb. 2016-2019-cu illərdə “Araz Supermarket” MMC-də şəxsi marka kateqoriya müdiri, 2020-2021-ci illərdə “Ulduz” şokolad fabrikində kateqoriya müdiri olaraq fəaliyyət göstərib.

2020-2023-cü illərdə “Oba Market” MMC-də şəxsi marka kateqoriya müdiri, şirniyyat çəki kateqoriya müdiri, 2023-2024-cü illərdə meyvə-tərəvəz şöbə müdiri vəzifələrini icra edib.

Pərviz Babaşov 2003-2007-ci illərdə Sumqayıt Dövlət Universitetində “Fizika müəllimi” ixtisası üzrə təhsil alıb.

2009-2013-cü illərdə “Azərsun Holdinq”də inspektor, 2013-2016-cı illərdə “Veysəloğlu” MMC-də satış təmsilçisi, 2016-2021-ci illərdə isə ticari marketinqində kateqoriya yönətimi vəzifələrində çalışıb.

2021-2023-cü illərdə “Araz Supermarket” MMC-də meyvə kateqoriya müdiri, 2023-2024-cü illərdə isə meyvə-tərəvəz şöbə müdiri kimi fəaliyyət göstərib.

Son xəbərlər
Digər xəbərlər