15 C
Baku
Friday, March 29, 2024

“Araz” supermarketlər şəbəkəsi kassirsiz satışa başlayıb [FOTO]

Dünyanın iri marketlər şəbəkəsində rast gəlinən “özünə xidmət” kassa aparatları ilə əməliyyat artıq Azərbaycanda fəaliyyət göstərən “Araz” supermarketlər şəbəkəsinin mağazasında da reallaşdırıla bilər.

Bu barədə Banker.az -ın müxbirinin məlumatında deyilir.

Şirkətin təmsilçiləri bildirir ki, bu hələ ki, şəbəkənin bir mağazasında həyata keçirilməsi mümkündür. Bu mağaza isə Bakı şəhəri, Tbilisi prospekti, 50 ünvanında yerləşən mağazasındadır.

Bəs bu kassa aparatından necə istifadə edilir?

Məhsulları özünəxidmət kassa aparatına yaxınlaşdırarkən, onun bar kodunu oxuyan skaynerə yaxınlaşdırıb sonda ödənişi həyata keçirmək mümkün olacaq.

Şirkət nümayəndəsi deyir ki, hazırda ödəmək üçün iki kartdan – “Araz” supermarketlər şəbəkəsinin bonus kartı (spar) və bank plastik kartından istifadə etmək olar.

Xatırladaq ki, “Araz” supermarketlər şəbəkəsi “Veysəloğlu” Şirkətlər Qrupunun ən böyük şəbəkəsi sayılır.

321

Son xəbərlər
Digər xəbərlər