10 C
Baku
Thursday, December 12, 2024

“Araz Supermarketlər” cərimələmə xəbərinə dair açıqlama verdi

“Araz” supermarketlər şəbəkəsinin cərimələnməsi xəbəri doğru deyil.

Qeyd olunan məsələ ilə bağlı bildirmək istərdik ki, Binəqədi Rayon Prokurorluğu tərəfindən müştəri müraciəti əsasında Araz Supermarket MMC -yə məxsus mağazadan alınması iddia olunan şokolad məhsulunun istehlak müddətinin bitməsi ilə bağlı araşdırılma aparılmışdır. Lakin sözügedən məhsulun həqiqətən “Araz Supermarket” MMC -dən alınması faktı öz təsdiqini tapmamışdır. İş üzrə toplanmış materiallar baxılması və məsələyə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir.

İş hazırda məhkəmənin icraatındadır və “Araz Supermarket” MMC barəsində cərimə təyin edilməsi barədə məhkəmə qərarı qəbul edilməmişdir.

Son xəbərlər
Digər xəbərlər