12 C
Baku
Saturday, November 23, 2024

“Araz” supermarketlər şəbəkəsi beynəlxalq mükafata layiq görülüb

®Azərbaycanın böyük pərakəndə ticarət şəbəkələrindən biri olan “Araz” supermarketlər şəbəkəsi növbəti dəfə mükafata layiq görülüb. “Araz” supermarketlər şəbəkəsi bu dəfə “Best Managed Companies Azerbaijan 2024” biznes müsabiqəsinin qalibi olub. Bu müsabiqə Azərbaycanın özəl şirkətlərinin idarəetmə strukturunu qiymətləndirir və onların üstünlüyünü tanıdır.

“Best Managed Companies” layihəsi Deloitte şirkəti tərəfindən 30 ildən çoxdur 50-yə yaxın ölkədə uğurla həyata keçirilən nüfuzlu beynəlxalq biznes müsabiqəsidir. İştirakçı şirkətlər müstəqil münsiflər heyəti tərəfindən strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri kimi dörd meyar əsasında qiymətləndirilirlər. Müsabiqə nəticələrinə əsasən “Araz” bu göstəricilərin hər birinə uyğun fəaliyyətilə seçilən şirkət olub. Müsabiqənin əsas məqsədi yüksək biznes fəallığı ilə fərqlənən yerli özəl şirkətləri qiymətləndirmək və onları geniş ictimaiyyətə tanıtmaqdır.

Qeyd edək ki, yurdumuzun doğma marketi “Araz” supermarketlər şəbəkəsi hazırda yüzlərlə marketi, 11000-dən artıq əməkdaşı, aylıq 1000 ton istehsal gücünə malik olan “Xonça” fabriki və Məmmədli qəsəbəsində, 62000 kvm ərazidə yerləşən müasir logistika mərkəzi ilə müştərilərinin xidmətindədir.

“Araz” yüksək səviyyəli xidməti ilə daim fərqlənir, müştərilərini keyfiyyətli, sərfəli qiymətli qida və qeyri-qida məhsulları ilə təmin edir.

Son xəbərlər
Digər xəbərlər