23 C
Baku
Sunday, June 8, 2025

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında boya fırçası istehsal ediləcək

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında boya fırçası və boya rulosu istehsal ediləcək.

Bu barədə agentlikdən bildirilir.

Məlumata görə, “Desen MM” MMC-yə Sənaye Parkında rezidentlik verilib. Layihənin investisiya dəyəri 1,9 milyon manatdır.

Türkiyə və Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazara satışı ilə yanaşı, ixracı da həyata keçiriləcək.

Parkda hazırda 17 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Belə ki, sahibkarlar parka 35 milyon manatdan çox investisiya yatırıb, 100-ə yaxın daimi iş yeri yaradıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər