19 C
Baku
Thursday, April 25, 2024

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında gömrük anbarları yaradılacaq

Aprelin 22-də İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında gömrük anbarlarının yaradılması məsələsinin müzakirəsi ilə bağlı videoformatda görüş keçirilib.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, “Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası” İctimai Birliyinin əməkdaşları, nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən xarici şirkətlərin ölkəmizdəki  təmsilçiləri iştirak ediblər.

Onlayn tədbirdə logistik imkanlar baxımından əlverişli mövqedə yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı haqqında məlumat verilib, Sənaye Parkında gömrük anbarlarının yaradılması məsələsi müzakirə edilib, birgə işçi qrupun təşkili və fəaliyyət planının hazırlanması qərara alınıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər