7 C
Baku
Thursday, December 12, 2024

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında mühəndis-geoloji tədqiqat işləri yekunlaşıb

İşğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi və sənaye potensialının inkişafı məqsədilə Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye parkında tikinti-quraşdırma işləri mərhələli şəkildə davam etdirilir. Sənaye Parkının 200 hektar ərazisində topoqrafik planlama və mühəndis-geoloji tədqiqat işləri artıq başa çatdırılıb. Parkın ərazisində topoqrafik planlama işləri zamanı yerin səviyyəsi və yer qurluşunun mövcud vəziyyəti öyrənilib. Geoloji-tədqiqat zamanı Sənaye Parkının ərazisində suxurların tərkibi və litoloji təsviri, qruntun fiziki və mexaniki xüsusiyyətləri müəyyən edilib.

Son xəbərlər
Digər xəbərlər