“Karabakh Stone” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.
İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, bununla da Sənaye Parkının rezidentlərinin sayı 11-ə çatıb.
Müəssisədə yüksək keyfiyyətli tamet daşların istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 3.8 milyon manat olan müəssisədə 25 nəfər işlə təmin olunacaq. İstehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.