Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti “Avto Lizinq Azərbaycan” MMC-nin bu ilin iyul ayında fəaliyyətə başlaması gözlənilir.
Bunu İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev bildirib.
Onun sözlərinə görə, müəssisədə işlərin 85 %-i yekunlaşıb.
Xatırladaq ki, “Avto Lizinq Azərbaycan” 2021-ci ilin oktyabr ayında “Kamaz Lizinq Azərbaycan” adı ilə yaradılıb. Bir qədər sonra şirkətin təsisçisi – Rusiyaya məxsus “KamAZ” ASC onu Azərbaycan kapitallı təsisçiyə satıb. Bundan sonra lizinq şirkətinə rəhbərlik edən Rofel Qasım oğlu Qurbanov vəzifəsindən azad edilib, onun yerinə Fəxri Şaliq oğlu Həsənov təyin olunub.