4 C
Baku
Monday, February 26, 2024

Araz vadisi sənaye parkında 420-dən çox daimi iş yeri açılacaq

“Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı dövlət başçısının 2021-ci ilin 4 oktyabr tarixli fərmanı ilə 200 hektarlıq ərazidə yerləşdirilib. Artıq sənaye parkında xeyli işlər görülüb”.

Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyəti sədr müavini Elkiyar Ziyadov deyib.

Onun sözlərinə görə, müəssisələrdə çalışacaq işçilər üçün şəhərcikdə 60 nəfərlik yataqxana, 36 nəfərlik yeməkxana, ofis, tibb məntəqəsi və s. quraşdırılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. 630 Kv-luq transformator quraşdırılıb. İnzibati binanın tikintisi və parkın ərazisində dəmir yolunun layihələndirilməsi işləri görülür”.

Qeyd olunub ki, Araz vadisi iqtisadi zonası sənaye parkının logistik imkanlar baxımından əlverişli ərazidə təşkil olunması investorların diqqətini cəlb edən əsas məqamlardan biridir: “Araz vadisi sənaye parkı yeni salınan magistral avtomobil yolu və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin etməklə parkın əhəmiyyətini artırır. Sənaye Parkına 32,7 milyon manat investisiya yatırılacaq, 420-dən çox daimi iş yeri yaradılacaq. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 5,6 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin fəaliyyətə başlaması ilə 65 nəfər daimi işlə təmin edilməsi nəzərdə tutulub”.

Son xəbərlər
Digər xəbərlər