Arbitraj icraatı zamanı məlum olan hallar barədə arbitrlər şahid qismində çağırıla və dindirilə bilməzlər.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə təklif olunan dəyişiklikdə əksini tapıb.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə görə isə arbitraj icraatı zamanı məlum olan hallar barədə arbitrlər şahid kimi sorğu-sual edilə bilməyən şəxslər sırasına daxil edilir.