10 C
Baku
Wednesday, December 11, 2024

Ardıcıl 4 aydır ölkədə əməkhaqqı kartları azalır

Azərbaycanda dörd ay ardıcıl olaraq əməkhaqqı kartları azalmaqla 2016-cı illərdən bu tərəfə nadir rast gəlinən bir hala çevrilib.

Ölkədə 1 iyun 2020-ci il tarixinə olan statistikaya görə əməhaqqı kartlarının sayı azalaraq 2 milyon 326 min ədəd təşkil edib (2 326 min). Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ölkədə koronavirusun ölkə sərhdələrindən daxil olmamış fevral ayında 0.34 ( 8 min), aprel ayında 0.55% (13 min) və aprel ayında 0.04% ( 1 min) azalma qeydə alınıb. Ayrıca 2020-ci ilin aprel ayındakı 13 minlik azalma, 2016-cı ilin oktyabr ayındakı 24 min azalmadan sonra qeydə alınan ən böyük enişdir.

Fevral-may aralığındakı 29 min ədədlik əməkhaqqı kartlarındakı azalma özü-özlüyündə çarpaz olaraq ölkədə bəzi sektorlarda pandemiya səbəbindən kartların vaxtının bitməsi və yenilənə bilməməsi, eləcə də bəzi ixtisarlar səsbəb ola bilər.

Lakin, Dövlət Statistika Komitəsi ölkədə 1 aprel 2020-ci il (1 may təqdim olunmayıb hələ) tarixdə 100.8 min işsiz olduğunu qeyd edir, 1 iyunda isə 50.4 min nəfər olduğunu göstərir. Yəni son iki ayda iki qat işsizlərin azalması anlamına gəlir.

11111

Son xəbərlər
Digər xəbərlər